"Windows" sistemindəki nasazlıq Bakı Aeroportunun fəaliyyətinə təsir etməyib

"Windows" sistemindəki nasazlıq Bakı Aeroportunun fəaliyyətinə təsir etməyib "Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.
İnfrastruktur
19 İyul , 2024 14:35
Windows sistemindəki nasazlıq Bakı Aeroportunun fəaliyyətinə təsir etməyib

"Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.

Bu barədə Bakı Aeroportundan "Report"un sorğusunun cavabında qeyd edilib.

Bakı aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.

Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi