Xanoba ərazisində avtomobil tunelinin tikintisi yekunlaşıb

Xanoba ərazisində avtomobil tunelinin tikintisi yekunlaşıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri çərçivəsində Xanoba ərazisində yerli yolla kəsişmədə
İnfrastruktur
6 İyul , 2022 15:33
Xanoba ərazisində avtomobil tunelinin tikintisi yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri çərçivəsində Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisini yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması, genişləndirilməsi, kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların tikintisi tamamlanıb. Artıq yol əsası hazır olan 16 km-lik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.

Eyni zamanda layihə üzrə Xan Arxı və Samur-Abşeron su kanalı üzərində körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün tikintisi başa çatdırılıb.

Son xəbərlər

Orphus sistemi