Xəzər dənizinin suyundan istifadə ediləcək

Xəzər dənizinin suyundan istifadə ediləcək Alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə t
İnfrastruktur
27 İyul , 2020 17:05
Xəzər dənizinin suyundan istifadə ediləcək

Azərbaycanda Alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilməlidir.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb. 

Sənəddə deyilir ki, bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları bu ilin avqust–oktyabr aylarında yerinə yetirməli olacaq. 

Son xəbərlər

Orphus sistemi