Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodundan – VİDEOREPORTAJ

Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodundan – VİDEOREPORTAJ Sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur.
İnfrastruktur
25 İyul , 2024 13:04
Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodundan – VİDEOREPORTAJ

Sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur.

“Report” xəbər verir ki, açılış mərasimi 2013-cü il sentyabrın 20-də baş tutan zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Cənubi Koreya, Sinqapur və digər dövlətlərdə istehsal olunan avadanlıqlarla təchiz olunub.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib ki, bu zavodda 2013-cü ildən 2024-cü ilə qədər 10 gəmi inşa olunub: “Hazırda həmin gəmilər nəqliyyat infrastrukturunun inkişafında, eləcə də mühəndislik və dəniz işlərinin həyata keçirilməsində mühüm rol oynayır. İndiyədək sərnişinlərin dəniz platformasına daşınması üçün 4 tanker, 1 bərə, 4 sualtı iş gəmisi və 3 sərnişin gəmisi olmaqla 13 yeni müqavilə imzalamışıq”.

O əlavə edib ki, Bakı Gəmiqayırma Zavodu daha 4 gəminin istismara verilməsini planlaşdırır: “Yəni bununla ümumilikdə 17 gəmimiz olacaq. Amma ən mühüm məqam və vacib amil odur ki, bu gəmilərin inşasını cəmi 4 il ərzində, yəni 2028-ci ilə qədər başa çatdırmalıyıq".

Niderlandın “Damen Shipyards Gorinchem” şirkəti ilə icra olunan dibdərinləşdirən gəminin tikintisi layihəsi barədə danışan E. Nuriyev hazırda potensial müştərilərlə həmin şirkətin layihəsi üzrə digər gəmilərin tikintisi ilə bağlı danışıqlar apardıqlarını diqqətə çatdırıb: “Son iki ildə biz aparıcı gəmiqayırma şirkətləri ilə, o cümlədən “Damen”lə tərəfdaşlıq münasibətləri formalaşdırmağa başladıq. Burada ən mühüm məsələ texnologiyaların ötürülməsi və digər gəmiqayırma zavodlarının təcrübəsinin öyrənilməsidir. Dibdərinləşdirən gəminin tikintisi üzrə artıq metal kəsmə işlərinə start verilib. Yaxın vaxtlarda “Damen” konstruksiyası əsasında həmin gəminin gövdəsini tamamlamağı planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi