"Xocalı" gəmisi növbəti səfərini Kanadadan Çinə doğru həyata keçirir

"Xocalı" gəmisi növbəti səfərini Kanadadan Çinə doğru həyata keçirir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Handysize" tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb.
İnfrastruktur
26 İyul , 2024 09:22
Xocalı gəmisi növbəti səfərini Kanadadan Çinə doğru həyata keçirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Handysize" tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb.

“Report” ASCO-ya istinadla xəbər verir ki, gəmi bu dəfə 30 min tona yaxın taxtanı Kanadadan Çinə və Yaponiyaya çatdıracaq.

Azərbaycan Bayrağı altında üzən gəmi Kanadanın Nanaimo və Styuart (Stewart) limanlarından yükünü qəbul edərək 113 kilometrlik uzunluğu olan Böyük Ber çayından (Great Bear River) səfərinə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan (Lanshan) limanına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək.

Hazırda gəmi Çinə doğru üzür, onun 17 gün ərzində Çin limanına çatması gözlənilir.

Qeyd edək ki, ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan "Xocalı" gəmisinin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına imkan verir.

Son xəbərlər

Orphus sistemi