Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq

Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq Bu ilin sonuna qədər Tərtər rayonunun Suqovuşan kəndində ilkin infrastruktur işləri yekunlaşdırılacaq.
İnfrastruktur
8 Oktyabr , 2022 11:13
Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq

Bu ilin sonuna qədər Tərtər rayonunun Suqovuşan kəndində ilkin infrastruktur işləri yekunlaşdırılacaq.

"Report" xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov bildirib.

"Bu ilin əvvəlində Suqovuşanda istirahət parkının və digər infrastruktur obyektlərinin təməli qoyulub. Bu işlər bir neçə mərhələdə aparılır. Əsasən Suqovuşan su anbarının ətrafında infrastrukturun qurulması nəzərdə tutulub. Bu il daha çox layihələndirmə və ilkin infrastruktur işləri yerinə yetirilir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi