ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb

ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb ABŞ-ın İndiana ştatının Fort-Ueyn şəhərində 25 yaşlı, perspektivli basketbolçu Kaleb Suoniqan ölüb.
Komanda
22 İyun , 2022 12:07
ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb
Kaleb Suoniqan

ABŞ-ın İndiana ştatının Fort-Ueyn şəhər xəstəxanasında 25 yaşlı perspektivli basketbolçu Kaleb Suoniqan ölüb.

“Report”un ESPN-ə istinadən məlumatına görə, hadisə təbii səbəblərdən baş verib.

Kaleb Suoniqan Perdyu Universiteti komandasının ulduz oyunçusu olub. O, 2015 - 2017-ci illərdə ABŞ-ın ən gənc perspektivli oyunçusu sayılıb.

2015-ci ildə “İndiana ştatının basketbol cənabı” adını almış idmançı 2017-ci ildə “Big Ten” konfransında “ilin oyunçusu” olub.

Kalev Souniqan ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Portlend Treyl Bleyzers” və “Sakromento” klublarında çıxış edib, ümumilikdə NBA-da 75 dəfə forma geyinib. Suoniqan 2014-cü ildə 17 yaşadək və 2015-ci ildə 19 yaşadək yeniyetmələr arasında dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi