Həqiqətən deyə bilərəm ki, voleybol Azərbaycanda inkişaf edir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron"un baş məşqçisi Famil Ağayev "Gəncə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Ölkə kubokunu yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Voleybol Federasiyasına dərin təşəkkürümü bildirirəm. Oyunlar yüksək səviyyədə keçdi. Həqiqətən voleybol Azərbaycanda inkişaf edir. Keçirilən final oyunlarından sonra bunu söyləmək olar".
Qeyd edək ki, "Abşeron" Azərbaycan Kubokunun final görüşündə "Gəncə"yə 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.