AVF rəsmisi: Həm kişi, həm də qadınlar arasında Azərbaycan çempionatında 6 komanda yarışacaq

AVF rəsmisi: Həm kişi, həm də qadınlar arasında Azərbaycan çempionatında 6 komanda yarışacaq Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq.
Komanda
18 Sentyabr , 2024 12:17
AVF rəsmisi: Həm kişi, həm də qadınlar arasında Azərbaycan çempionatında 6 komanda yarışacaq
Vüqar Hüseynzadə

Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə deyib

AVF rəsmisi 2024/2025 mövsümünün gözləniləndən daha gec start götürəcəyini söyləyib:

"Yeni mövsümün reqlamenti üzərində işlər tam yekunlaşmayıb. Hər şey həllini tapdıqdan sonra federasiya olaraq mətbuatın qarşısına keçməyi düşünürük. Planlaşdırdığımız görüşdə həm AVF-nin illik hesabatları, həm də yeni mövsümün reqlamenti barədə məlumatlar veriləcək".

V.Hüseynzadə yeni mövsümdə azarkeşləri maraqlı matçlar gözlədiyini bildirib:

"Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq. Kişilərin yarışında 2 yeni kollektiv çıxış edəcək. Bütün komandalar, demək olar ki, eyni gücdə olduğundan bizi maraqlı qarşılaşmalar gözləyir".

Qeyd edək ki, AVF-nin mətbuatla hesabat xarakterli görüşü oktyabrın 9-na planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi