Polşanın Raşin şəhərində keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.
“Report” xəbər verir ki, ağırlıqqaldıranları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
İdmançıları ictimaiyyət nümayəndələri, jurnalistlər və azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş gənclər və U-23 üzrə Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.
O cümlədən Ravin Alməmmədovla Ömər Cavadov qızıl medal qazanıblar.