Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.
Komanda
16 Noyabr , 2022 20:34
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

"Report"un məlumatına görə, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığma C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi