Azərbaycan Basketbol Liqasının III turunun son görüşləri bu gün keçiriləcək.
"Report"un məlumatına görə, əvvəlcə "Şəki" "Sumqayıt"la üz-üzə gələcək.
Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.
"Sabah" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.