Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər

Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.
Komanda
24 May , 2024 09:35
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

"Report" xəbər verir ki, final seriyasının dördüncü matçında "Sabah" klubu "Xəzri"ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.

Qarşılaşma saat 19:30-da "Sərhədçi" İdman Mərkəzində başlayacaq.

"Sabah" ötən mövsümdə də Azərbaycan çempionu olub. Komanda hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədir.

Qeyd edək ki, klublar üç qələbə qazanana qədər oynayırlar. "Xəzri" hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.

Son xəbərlər

Orphus sistemi