Azərbaycan klubu ABŞ-dən olan daha bir basketbolçunu heyətinə qatıb

Azərbaycan klubu ABŞ-dən olan daha bir basketbolçunu heyətinə qatıb "Lənkəran" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.
Komanda
28 Sentyabr , 2024 10:20
Azərbaycan klubu ABŞ-dən olan daha bir basketbolçunu heyətinə qatıb

"Lənkəran" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində “Kal Steyt Dominqes Hills” və “Pepperdin Universiti”nin şərəfini qoruyub.

Qeyd edək ki, bu “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Qebrihit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton və Ceremi Berraytı heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi