Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.
Komanda
9 Avqust , 2021 11:41
Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.

Federasiyadan "Report"a verilən məlumata görə, 1 - 7 avqustda Macarıstanda təlim-məşq toplanışı ilə bərabər, “Savaria” beynəlxalq turnirində də iştirak edən yığma avqustun 8-də oradan birbaşa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçular hazırlıq planına uyğun olaraq toplanışa sözügedən ölkədə davam edəcəklər.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv avqustun 16-da hazırlıq prosesinə yekun vuracaq və bir gün sonra Avropa çempionatının keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Qeyd edək ki, A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Oyunların təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan

Son xəbərlər

Orphus sistemi