Azərbaycan millisinin basketbolçusu: "İsveçrə ilə matçda əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin basketbolçusu: "İsveçrə ilə matçda əlimizdən gələni edəcəyik" Bu oyunda əlimizdən gələni edəcəyik.
Komanda
23 Noyabr , 2024 14:49
Azərbaycan millisinin basketbolçusu: İsveçrə ilə matçda əlimizdən gələni edəcəyik

Bu oyunda əlimizdən gələni edəcəyik.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin basketbolçusu Kamran Məmmədov Bakıda İsveçrəyə qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.

24 yaşlı oyunçu rəqibin güclü komanda olduğunu bildirib:

"Məncə, şansımız var. İsveçrə ilə ilk görüşdə üç hissədə bərabər səviyyədə oynadıq. Düşünürəm ki, doğma meydanda, azarkeşlərimizin önündə oynamağımız bizim üstünlüyümüz olacaq".

K. Məmmədov ötən turda səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları matç barədə də fikirlərini bölüşüb:

"Yaxşı hazırlaşmışdıq. Amma təəssüf ki, bəzən istədiyimiz kimi çıxış edə bilmirik. Üç xallıq atışlarımız da çox zəif oldu. Rəqibdə isə hər şey alınırdı".

Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi