Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.
Komanda
26 İyul , 2024 21:46
Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

"Report" xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.



Son xəbərlər

Orphus sistemi