Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
Komanda
12 Aprel , 2023 14:00
Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

Federasiyadan “Report”a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Son xəbərlər

Orphus sistemi