Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək.
Tura saat 15:00-da başlayacaq “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” - “Murov” görüşü baş tutacaq.
Fevralın 27-də isə VIII turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra MOİK - “Ekspress” duelinə start veriləcək.
Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.