Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib

Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib X turun ilk qarşılaşması saat 15:00-da “Sərhədçi”  və “Murov” komandaları arasında olacaq
Komanda
9 Mart , 2022 12:18
Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

X tura saat 15:00-da “Sərhədçi” - “Murov” görüşü ilə start veriləcək. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi