Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunun vaxtı açıqlanıb

Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunun vaxtı açıqlanıb Qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq
Komanda
8 Fevral , 2022 14:13
Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunun vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.

Fevralın 12-də isə V turun matçları olacaq. Saat 15:00-da “Neftçi” - “Sərhədçi”, ardınca isə MOİK – “Ekspress” görüşü start götürəcək. Qarşılaşmalar “Murov” klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.

Son xəbərlər

Orphus sistemi