Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib

Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.
Komanda
23 İyul , 2024 20:51
Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.

"Report" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşıb.

Matç yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi