Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək
Komanda
8 İyun , 2024 12:17
Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

"Report"un məlumatına görə, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi