Azərbaycanın futzal üzrə U-19 millisi Mərakeşə uduzub

Azərbaycanın futzal üzrə U-19 millisi Mərakeşə uduzub Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.
Komanda
28 Noyabr , 2023 18:41
Azərbaycanın futzal üzrə U-19 millisi Mərakeşə uduzub

Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

“Report”un məlumatına görə, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bu gün Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa noyabrın 30-da keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi