Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb

Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb Azərbaycanın güləş üzrə qadınlardan ibarət U-17 və U-20 milliləri 2024-cü ildə Avropa və dünya çempionatlarında 9 medal qazanıb.
Komanda
2 Oktyabr , 2024 13:22
Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb

Azərbaycanın güləş üzrə qadınlardan ibarət U-17 və U-20 milliləri 2024-cü ildə Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeniyetmə və gənc qızlar bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

Qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.

Son xəbərlər

Orphus sistemi