Azərbaycanın həndbol hakimləri yenidən avrokubok oyununa təyinat alıblar

Azərbaycanın həndbol hakimləri yenidən avrokubok oyununa təyinat alıblar Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok oyununa növbəti təyinatı alıblar.
Komanda
27 Noyabr , 2023 11:22
Azərbaycanın həndbol hakimləri yenidən avrokubok oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok oyununa təyinat alıblar.

Azərbaycan Həndbol Federasiyasından “Report”a verilən məlumata görə, onlar kişilər arasında EHF Avropa Liqasının qrup mərhələsinin oyununda ədaləti qoruyacaqlar.

Bu, Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma noyabrın 28-də Novi-Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi