Azərbaycanın sərbəst güləş millisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında üçüncü olub.
Bu barədə “Report” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Yığma dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Yekunda 100 xal toplayan milli komanda hesabında dünya üçüncüsü olub. İran (158 xal) birinci, Yaponiya (102 xal) isə ikinci yeri tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.