Azərbaycanın voleybol millisi sonuncu oyunda da məğlub olub

Azərbaycanın voleybol millisi sonuncu oyunda da məğlub olub Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.
Komanda
25 Avqust , 2021 20:50
Azərbaycanın voleybol millisi sonuncu oyunda da məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

A qrupu

Azərbaycan - Fransa - 1:3 (19:25, 28:26, 11:25, 18:25)

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma qrupu sonuncu - 6-cı pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi