Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, o, 2021/2022 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" klubu ilə 1 illik müqavilə imzalayıb.
Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.