Azərbaycanın yeniyetmə şpaqaçıları Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə iştirak ediblər.
"Report" Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlan şpaqaçılar komanda yarşında 22 kollektiv arasında 3-cü, qızlar isə 7-ci olublar.
Jasmin Əliyeva qızların şəxsi yarışında 3-cü, Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev isə 7-ci yeri tutub.