Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb

Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.
Komanda
30 Noyabr , 2023 17:50
Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.

"Report" xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə kişi həndbolçulardan ibarət Avropa Kubokunun “Beşiktaş” (Türkiyə) – “Sesvete” (Xorvatiya) matçında iş başında olacaq.

O, həmin görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi