"Azərreyl" gümüş medalı təmin edib, "Abşeron" qələbə qazanıb

"Azərreyl" gümüş medalı təmin edib, "Abşeron" qələbə qazanıb Komanda sona iki tur qalmış mövsümü ikinci sırada başa vurmağı təmin edib
Komanda
5 Aprel , 2022 19:03
Azərreyl gümüş medalı təmin edib, Abşeron qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında UNEC "Abşeron"a 0:3 (22:25, 14:25, 19:25) hesabı ilə uduzub

Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş "Abşeron" qu qələbədən sonra xallarını 30-a çatdırıb. 5 xalı olan UNEC isə sonuncu - 5-ci pillədə qərarlaşıb.

17:11

Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasında gümüş mükafatçı bəlli olub.

"Report"un məlumatına görə, "Azərreyl" sona iki tur qalmış mövsümü ikinci sırada başa vurmağı təmin edib.

Komanda X turda ən yaxın izləyicisi "Murov"u 3:0 (25:22, 25:10, 25:19) hesabı ilə məğlub edərək xallarının sayını 17-ə çatdırıb. 8 xalı olan "Murov" 3-cü sırada qərarlaşıb.

Günün ikinci qarşılaşmasında UNEC "Abşeron"la üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl 27 xalla turnir cədvəlinin lideri olan "Abşeron" komandası çempionluğunu rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi