Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib.
Komanda
16 Oktyabr , 2024 16:39
Bakıda TeamGym üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasim Milli Gimnastika Arenasında baş tutub.

Açılışa Azərbaycanın və yarışda iştirak edəcək ölkələrin gimnastika federasiyalarının nümayəndələri qatılıblar. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, idmançılara uğurlar arzulayıb.

Ardınca konsert proqramı baş tutub. Müxtəlif musiqi qrupları çıxış ediblər.

Daha sonra yarışa rəsmən start verilib.

Qeyd edək ki, 14 ölkədən 500-dən çox idmançının qatıldığı XV Avropa çempionatı oktyabrın 19-dək davam edəcək.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi