"Baku Flames" Dünya Qadın Seriyasının Quba mərhələsində mübarizəni dayandırıb

"Baku Flames" Dünya Qadın Seriyasının Quba mərhələsində mübarizəni dayandırıb 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycan təmsilçisi "Baku Flames" mübarizəni dayandırıb. “Report”un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin açılış oyununda Niderland millisinə məğlub olan (4:21) təmsilçimiz,
Komanda
20 İyul , 2024 20:21
Baku Flames  Dünya Qadın Seriyasının Quba mərhələsində mübarizəni dayandırıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycan təmsilçisi "Baku Flames" mübarizəni dayandırıb.

“Report”un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin açılış oyununda Niderland millisinə məğlub olan (4:21) təmsilçimiz, yer aldığı A qrupunun digər görüşlərində Çinin U-24 (2:21) və Avstraliya (3:21) seçmələrinə də uduzaraq turnirlə vidalaşıb.

B qrupunda Çexiya, Filippin yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb. İran millisi isə yarışa qatılmayıb.

Qeyd edək ki, turnirə iyulun 21-i yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi