Aprelin 18-də Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının Yaz seriyasının final görüşü keçirilib.
“Report” xəbər verir ki, finalda Balaş Qasımovun komandası tamaşaçılara 6:5 hesabı ilə qalib gəlib.
“Büllur bayquş” mükafatı komandanın oyunçusu Denis Qaliakberova verilib. Bununla da Balaş Qasımovun komandası qış seriyasında oynayacaq.
Balaş Qasımovun komandası bu tərkibdə çıxış edib: Dmitri Avdeenko, Yuliya Lazareva, Elman Talıbov, Denis Qaliakberov və Sergey Nikolenko.