Ümumtəhsil məktəblərinin oğlanlardan ibarət basketbol komandaları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş birinciliyin finalçıları bəlli olub.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, yarımfinal görüşlərində rəqiblərinə qalib gələn “Naxçıvan” və “Culfa” komandaları həlledici mərhələdə üz-üzə gələcəklər.
“Ordubad” komandası üçüncü yer uğrunda görüşdə “Kəngərli”yə qalib gəlməklə bürünc medal qazanıb.
Qeyd edək ki, sabah keçiriləcək final görüşündən sonra ilk üç yerin sahibləri mükafatlandırılacaq.