Faiq Qarayev: "Mənim yerim kabinet yox, idman zalıdır"

Faiq Qarayev: "Mənim yerim kabinet yox, idman zalıdır" "Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz. Rəhbərliklə də söhbətimizdə bu barədə ürək ağrısı ilə danışıram".
Komanda
11 Avqust , 2021 13:16
Faiq Qarayev: Mənim yerim kabinet yox, idman zalıdır
Faiq Qarayev

"Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz. Rəhbərliklə də söhbətimizdə bu barədə ürək ağrısı ilə danışıram".

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev mətbuat konfransında ölkədə bu idman növünün vəziyyəti barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanda hər zaman voleybol olub: "Ölkədə voleybol çox sevilir. Əfsuslar olsun ki, klublar qəflətən bağlanmağa başladı. Çox görüşlərim oldu. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab Prezidentə də məlumat verdim. Belə olmaz axı. Fərdi idman növlərində fərqli, komanda növlərində vəziyyət fərqlidir. Klub rəhbərlərini çağırmışam, onlarla iclas keçirdim. Klublar olmasa, inkişaf mümkün deyil. Futbolda heç olmasa 8 klub var. Cavid Qurbanovla da görüşmüşəm. Bir kişi və bir qadın klubu ilə nə edə bilərik? İki Azərbaycan komandası ardıcıl 2 dəfə avrokuboklarda final oynayıb və ölkəyə ən güclü voleybolçular gəlir. Futbola görə də ürəyim ağrıyır. Mən voleybola həyatımı vermişəm".

Qarayev hər kəsin voleyboldan uğur gözlədiyini söyləyib: "İlham Əliyev hamımızın prezidentidir. Məni Türkiyədən dəvət etdi, hər şeyə sıfırdan başladıq. Hər kəs voleyboldan uğur gözləyir. 4 dəfə dünya çempionatında çıxış etmişik, 9 dəfə Avropa çempionatında final oynamışıq. Amma bu gün bizdə klublar yoxdur. Pandemiyadan öncə Cavid müəllim işi öz üstünə götürmüşdü. Ondan sonra dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır. Banklarla, şirkətlərlə görüşürük. "Vakıfbank"ı Çempionlar Liqasında final oynadan ilk baş məşqçi mənəm. Hələ 1997-ci ildə bu komandaya 1,5 - 2 milyon ayırırdılar. Bu gün bizdə hansısa bank klub saxlayır? Xeyr. Mən kiməm ki, hansısa bankdan bunu istəyim. Onlara da deyilməlidir".

Qarayevin sözlərinə görə, onun yeri kabinet yox, idman zalıdır: "Mən indi gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm. Klub olmayandan sonra oyunçular, məşqçilər nə etsinlər, harada işləsinlər? Bu işi düzgün qurmaq lazımdır ki, davam etsin. İki klubla çempionatı necə saxlamaq olar? Niyə "Rabitə"ni, digər klubları açmırlar?. Bu, milli məsələdir. Voleybola maraq yaratmalıdırlar. Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, 4 illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. İki klubla necə işləyim?"

Son xəbərlər

Orphus sistemi