FIBA Avropa Kuboku: "Sabah"ın sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib

FIBA Avropa Kuboku: "Sabah"ın sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib "Sabah" basketbol komandasının Avropa Kubokundakı sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib.
Komanda
28 Sentyabr , 2024 09:56
FIBA Avropa Kuboku: Sabahın sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib

"Sabah" basketbol komandasının Avropa Kubokundakı sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib.

"Report" xəbər verir ki, Bakı klubu Belçika təmsilçisi “Spiru” ilə də üz-üzə gələcək.

FIBA Avropa kubokunun G qrupunda yer alacaq “Sabah”ın digər rəqibləri
Yunanıstanın “Marussi” və İsveçin "Norrçepinq Dolfins" kollektivləridir.

Paytaxt klubu oktyabrın 9-da "Spiru"nun qonağı olacaq. "Bayquşlar" oktyabrın 16-da "Norrçepinq Dolfins"i, 30-da "Spiru"nu qəbul edəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda noyabrın 6-da səfərdə "Marussi", 13-də "Norrçepinq Dolfins" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi