Lebron Ceyms NBA-da daha bir rekorda imza atıb

Lebron Ceyms NBA-da daha bir rekorda imza atıb ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.
Komanda
28 Noyabr , 2023 11:22
Lebron Ceyms NBA-da daha bir rekorda imza atıb

ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.

"Report" xəbər verir ki, 39 yaşlı oyunçu bunu "Filadelfiya"ya 94:138 hesabı ilə uduzduqları qarşılaşmada gerçəkləşdirib.

Həmin görüşdə 30 dəqiqə meydanda olan Ceyms əfsanəvi basketbolçu Kərim Abdul-Cabbarın 66300 dəqiqəlik uğurunu geridə qoyub.

Lebron Ceyms NBA-da ümumilikdə 66319 dəqiqə parket üzərində olub.

Təcrübəli oyunçu karyerasının ən böyük məğlubiyyəti ilə üzləşdiyi üçün bu rekordun onun üçün o qədər də vacib olmadığını vurğulayıb.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA-da 39 min xalı keçən ilk basketbolçu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi