Lebron Ceyms və oğlunu məhkəməyə veriblər

Lebron Ceyms və oğlunu məhkəməyə veriblər NBA klubu "Los-Anceles Leykers"in məşhur basketbolçusu Lebron Ceyms və oğlu Bronni avtomobil qəzasına görə məhkəməyə veriliblər.
Komanda
25 Oktyabr , 2024 10:45
Lebron Ceyms və oğlunu məhkəməyə veriblər

ABŞ-nin "Los-Anceles Leykers" klubunun məşhur basketbolçusu Lebron Ceymsi və oğlu Bronni Ceymsi avtomobil qəzasına görə məhkəməyə veriblər.

"Report"un "TMZ Sports"a istinadən məlumatına görə, hadisə 2022-ci ilin noyabrında Kaliforniyanın Littl-Rok şəhərində baş verib.

Qadınların sözlərinə görə, Lebron və oğlunun içərisində olduğu avtomobil onların idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. İttihamçılar yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin əlavə müalicə tələb etdiyini bildiriblər. Həmçinin idarə etdikləri avtomobilin ciddi zədələndiyini və bunun nəticəsində dəyərinin düşdüyünü söyləyiblər.

Zərərçəkənlər dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Son xəbərlər

Orphus sistemi