Moskva Xokkey Federasiyası "Spartak-Sporttex" və "Xarlamov Akademiyası" arasındakı matçı sərxoş halda idarə edən baş hakim Yemelyan Mayorovu cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, referi ömürlük diskvalifikasiya edilib. Qərar İdman-İntizam Komitəsinin iclasında qəbul edilib.
Qeyd edək ki, sentyabrın 19-da internetdə Mayorovun qeyri-müəyyən şəkildə buz üstündə bir neçə dəfə yıxıldığı video yayılıb. Bundan sonra baş hakimin meydana sərxoş halda çıxdığı bəlli olub.