"Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib

"Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib "Naxçıvan" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Komanda
28 Sentyabr , 2024 13:28
Naxçıvan heyətini daha bir basketbolçu ilə gücləndirib

"Naxçıvan" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada "BMK Handlova"nın formasını geyinib. .

Qeyd edək ki, Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitri Juravlyov ilə yeni müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi