"Naxçıvan"ın baş məşqçisi: "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik"

"Naxçıvan"ın baş məşqçisi: "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik" "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik.
Komanda
5 Oktyabr , 2024 14:40
Naxçıvanın baş məşqçisi: Neftçi ilə oyuna qədər tam hazır olmaq istəyirik

"Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik.

"Report" xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasının baş məşqçisi Murat Dikmen deyib.

Klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib:

"Artıq 2 həftədir komanda olaraq hazırlıqları davam etdiririk. Yeni yerli və legioner basketbolçularla birlikdə başqa bir komanda olduq. Ötənilki əsas heyətdən yalnız Cordan Perkins bizimlə birlikdədir. Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik. Komanda olaraq daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam. "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacı var. Qarşıdakı günlərdə yeni oyunçu transfer etmək istəyirik. Bütün kollektivdən razıyam".

Qeyd edək ki, "Naxçıvan" Azərbaycan çempionatının I turunda oktyabrın 18-də "Neftçi" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi