Milli Basketbol Assosiasiyasında (NBA) bu gün keçirilməli olan "Boston" - "Mayami" oyunu təxirə salınıb.
"Report" xəbər verir ki, "Mayami"nin bir neçə basketbolçusu koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alınıb.
Komandanın heyətində NBA tibbi protokoluna görə qarşılaşma üçün tələb olunan 8 oyunçu yer almayıb.
"Boston"un da bir neçə üzvü eyni səbəbdən karantindədir.
Qeyd edək ki, NBA-da daha əvvəl dekabrın 23-nə planlaşdırılan "Hyuston" - "Oklahoma" görüşü də koronavirusa görə təxirə salınıb.