Paris-2024: Basketbol turnirlərinə rekord sayda insan qatılıb

Paris-2024: Basketbol turnirlərinə rekord sayda insan qatılıb Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında basketbol turnirlərinə rekord sayda insan qatılıb.
Komanda
12 Avqust , 2024 09:00
Paris-2024: Basketbol turnirlərinə rekord sayda insan qatılıb

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında basketbol turnirlərinə rekord sayda insan qatılıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Matçları ümumilikdə tribunalardan 1 078 319 tamaşaçı izləyib.

Kişilərin turnirində orta hesabla hər qarşılaşmada 21 711, qadınlarda isə 19 763 nəfər olub.

Bundan əvvəlki rekord 1996-cı ildə Atlanta olimpiadasında qeydə alınıb. Həmin vaxt 1 068 032 insan görüşlərə arenalarda baxıb.

Qeyd edək ki, Paris-2024-də qadınlar və kişilərin mübarizəsində ABŞ millisi qızıl mükafata sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi