Polina Rəhimovanın səhhətində problem yaranıb

Polina Rəhimovanın səhhətində problem yaranıb Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yığmaya qayıdışı baş tutmayıb.
Komanda
11 Avqust , 2021 16:18
Polina Rəhimovanın səhhətində problem yaranıb
Polina Rəhimova

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yığmaya qayıdışı baş tutmayıb.

"Report"un məlumatına görə, bu barədə federasiyanın vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, pandemiya dövründə 2 dəfə koronavirusa yoluxan 31 yaşlı hücumçunun səhhətində problemlər var. Təcrübəli oyunçu bu səbəbdən Avropa çempionatında komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Son xəbərlər

Orphus sistemi