Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura start verilib Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarına start verilib.
Komanda
29 Noyabr , 2023 17:58
Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarına start verilib.

“Report”un məlumatına görə, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 3:0 (25:13, 25:21, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hərəyə 6 xalı olan komandalar turnir cədvəlində 2-3-cü pillələri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi