ABŞ-nin "Pittsburq" klubunun rusiyalı oyunçusu Yevgeni Malkin Milli Hokkey Liqasında (NHL) yeni uğura imza atıb.
"Report"un məlumatına görə, hücumçu bunu "Detroyt"ı məğlub etdikləri (6:3) müntəzəm çempionatın matçında iki məhsuldar ötürmə etməklə gerçəkləşdirib.
38 yaşlı idmançı NHL tarixində 800 assistə çatan ilk rusiyalı hokkeyçi olub.
Malkin ümumilikdə bunu bacaran 34-cü oyunçudur. Karyerası davam edənlərdən yalnız Sidni Krosbi (1006) və Patrik Keyn (813) daha çox məhsuldar ötürmə ediblər.