"Sabah" NBA-da oynamış basketbolçunu heyətinə qatıb

"Sabah" NBA-da oynamış basketbolçunu heyətinə qatıb Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu gücləndirib.
Komanda
4 İyul , 2024 13:40
Sabah NBA-da oynamış basketbolçunu heyətinə qatıb

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ölkə çempionu Hassani Qravettlə anlaşıb.

ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.

Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.

Son xəbərlər

Orphus sistemi