Yunanıstanın AEK klubunda çıxış edən serbiyalı basketbolçu Stevan Yelovats dünyasını dəyişib.
"Report"un məlumatına görə, idmançı insult keçirdikdən sonra 32 yaşında vəfat edib.
Yelovats noyabrın 14-də məşq zamanı huşunu itirib. O, fərdi proqramda məşqlər edib və topuqdakı zədə ucbatından iki həftə oynamayıb.
Xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilən basketbolçu bir neçə gün əvvəl ailəsinin xahişi ilə Serbiyaya aparılmışdı.